"Operativ Media" xəbər verir ki, "Copernicus"un məlumatlarına görə, 2024-cü il tarixə ən isti il kimi keçib. Qlobal ortalama temperaturun artışı ilk dəfə Paris İqlim Sazişindəki 1,5 dərəcə həddinə çatıb.
Təşkilatın İqlim Dəyişməsi Direktoru Carlo Buontempo son məlumatları qiymətləndirib. O bildirib ki, "Ən böyük təhdid odur ki, indiki iqlim bizim böyüdüyümüz, atalarımızın, nənə-babalarımızın və keçmiş nəsillərin yaşadığı iqlimdən tamamilə fərqlidir. Buna görə də bütün cəmiyyətin bu fərqli iqlimə uyğunlaşması lazımdır".
Carlo Buontempo əlavə edib ki, "Su dövranında və kənd təsərrüfatında dəyişikliklər görürük, öz sağlamlığımızda dəyişikliklər hiss edirik. Avropada son 20 ildə isti havalarla əlaqəli ölüm nisbəti 30 faiz artıb. Bu dəyişikliyin böyüklüyünü nə qədər tez başa düşər, iqlim haqqında bildiklərimizi istifadə etməyə başlasaq, o qədər yaxşı hazırlıqlı olarıq və bu dəyişiklə mübarizə apara bilərik".
O, 2025-ci ilin 2024 qədər isti olmayacağını qeyd edib, çünki keçən ilin əvvəlində El Nino iqlim sisteminin istiləşməsində rol oynamışdı. Bu təsir 2025-ci ildə olmayacaq, amma hələ dəqiq bir şey bilmirik. Yeganə məlum olan isə ümumilikdə gələcək illərdə temperaturun artmağa davam edəcəyidir. Yəni yeni rekordlar görməyimiz qaçılmazdır.