Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sərhədin delimitasiyası prosesinin hansı ərazidə davam edəcəyini mötərizədə açıqlamır.
Herbiand.az erməni mətbuatına istinadən bildirir ki, yanvarın 8-də keçirdiyi mətbuat konfransında nazir konkret hansısa ərazinin adını çəkməyərək deyib ki, özü ən az problemli olanlardan başlayaraq çox problemli sahələri sonrakı mərhələyə saxlayardı. Bununla belə, komissiyalar qərar verməlidir və onlara bütün məsələlərə tam baxmaq üçün vaxt verilməlidir.
Azərbaycan saytlarında komissiyanın əsasnaməsinin rus və ya ingilis dilli variantı ilə tanış olmağın mümkünsüzlüyü ilə bağlı sualı cavablandıran nazir əsasnamənin rus dilində razılaşdırıldığını, daha sonra erməni və azərbaycan dillərinə tərcümə edildiyini vurğulayıb. Üstəlik, Azərbaycanda erməni dilinə tərcümə yoxlanılıb və əksinə.
Bəxtiyar CƏFƏRLİ