EN

Los-Anceles yanır

Los-Ancelesin (ABŞ) prestijli bölgəsində meşə yanğını başlanıb.

Buna görə təxminən 30 min insan təxliyə edilib.

Editor.az bildirir ki, bu barədə yanvarın 7-də yerli hakimiyyət nümayəndələrinə istinadən “Reuters” agentliyi məlumat yayıb. Məlumata görə, Santa Monika və Malibu arasında yerləşən Sakit okean Palisades bölgəsində yanğın nəticəsində azı 510 hektar ərazi məhv olub. Güclü külək səbəbindən vəziyyət kəskin şəkildə pisləşib. Yanğınsöndürənlər alovu söndürmək məqsədilə okeandan su çəkmək üçün təyyarələr gətiriblər. Buldozerlər xilasedici maşınların keçməsi üçün yolları tərk edilmiş avtomobillərdən təmizləyiblər.

Yanğın başlamazdan əvvəl Milli Meteoroloji Xidmət yüksək səviyyəli yanğın təhlükəsi barədə xəbərdarlıq edərək, Los-Anceles qraflığının əksər hissəsi üçün ən yüksək xəbərdarlıq səviyyəsini elan edib. “Reuters” yazır ki, bu təhlükə çərşənbə axşamından cümə axşamına qədər, sürəti 80 km/saatdan 130 km/saata çata biləcək güclü küləyin əsəcəyi proqnozlaşdırıldığı vaxtda davam edəcək. Los-Anceles meri Karen Bass fövqəladə vəziyyət elan edib. Ştat rəsmiləri bölgədəki yanğın təhlükəsi səbəbindən Cənubi Kaliforniyanın digər hissələrinə personal, yanğınsöndürmə maşınları və təyyarələr yerləşdirəcəklər.

//Samir Qurbanov, Editor.az

Chosen
46
17
editor.az

10Sources