EN

Virusa görə "kritik vəziyyət" elan edilib

İngiltərədə bir çox xəstəxanalar qrip və digər tənəffüs yolları xəstəliklərinin artmasının yaratdığı təzyiqlərə görə "kritik vəziyyət" elan edib. 

"Cebheinfo.az" xəbər verir ki, Royal Liverpool Universitet Xəstəxanası və Birmingham Universiteti Xəstəxanaları təcili xidmətlərə "qeyri-adi yüksək tələbat" səbəbiylə "kritik vəziyyət" elan edən ən son Milli Sağlamlıq Xidmətləri (NHS) agentliklərinə çevrildi. 

Xəstələrə alternativ səhiyyə xidmətlərindən istifadə etmələri barədə xəbərdarlıq edilib. Royal Liverpool Universiteti Xəstəxanasının Tibb Direktoru Oliver Zuzan verdiyi açıqlamada, həkimlərin xəstələri mümkün qədər tez müalicə etmək üçün çox çalışdıqlarını, lakin ən təcili xəstələrə üstünlük verildiyi üçün bəzi insanların daha çox gözləməli olacağını söylədi. 

Zuzan "Vəziyyətiniz təcili deyilsə, ailə həkiminiz, yerli aptek və ya ambulatoriya mərkəzləri kimi digər xidmətlərdən istifadə etməyi düşünün",- deyib. 

Birmingham Universiteti Xəstəxanalarının saytında təcili yardım xidmətlərinin hazırda "çox məşğul" olduğu barədə xəbərdarlıq da var. Hampshire Xəstəxanaları və Plymouth Universiteti Xəstəxanaları da təcili xidmətlərə artan təzyiqə diqqət çəkərək oxşar xəbərdarlıqlarla kritik bir vəziyyət elan etdilər. Surrey bölgəsindəki səhiyyə rəsmiləri də bölgədəki bütün xəstəxanaların "ciddi təzyiq" altında olduğunu açıqlayıb. Şimali Bristol Xəstəxanası da xüsusilə bu aydan etibarən qrip və tənəffüs xəstəliklərində əhəmiyyətli bir artım olduğunu bildirdi. 

Chosen
23
2
cebheinfo.az

5Sources