Müğənni Samir Bağırov haqqında çıxan şayiələrdən danışıb.
Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, "Özəl" verilişində qonaq olan sənətçi hətta öldüyünü yazanların olduğunu deyib:
"Haqqımda ölüm xəbəri çıxdı. Sonra cinsiyyətimi dəyişməm yayıldı. 35 ildən çoxdur sənətdəyəm. O qədər xəbər yazılıb ki. Xərçəng olduğum deyildi, yalandır. Ayağımda problem oldu, xəstəxanaya getdim. Onu görən yazdı xərçəngdir".
Bizim.Media