EN

Ermənistana Zəngəzur dəhlizi ilə göndərilən ciddi xəbərdarlıq – ŞƏRH

Bakı. Trend:

Ermənistan Azərbaycanla onun bir hissəsi olan Naxçıvan arasındayolun açılmasına razılıq verməlidir.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı AydınMirzəzadə deyib.

"Ermənistan Azərbaycanla onun bir hissəsi olan Naxçıvan arasındayolun açılmasına razılıq verməlidir. Bunu beynəlxalq hüquq,üçtərəfli bəyanat mütləq edir. Ermənistan sözdə buna razılıq versədə, indiyədək praktikada bunun reallaşması üçün heç bir addımatmayıb. Azərbaycan tərəfi bununla bağlı məsələləri müzakirəetməyə, praktiki işlər görməyə hazırdır", - o bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın işğal edilən ərazilərindənErmənistanla şərti sərhədədək kommunikasiya layihələrihazırlanır:

“Söhbət Ermənistanın ərazisindən bu yolun keçməsinə prinsipialrazılığın verilməsi və texniki hazırlığın görülməsindən gedir.Azərbaycan bununla bağlı öz üzərinə düşən bütün öhdəlikləri yerinəyetirməyə hazırdır. Amma, təəssüf ki, Ermənistandan bunugörmürük.

Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün çox vacib,strateji, həyati məsələdir. Prezident İlham Əliyev də dünənkimüsahibəsində bunun vacibliyini bir daha vurğuladı. Dövlətbaşçısının Zəngəzur dəhlizinin açılacağını deməsi Ermənistan üçünciddi bir xəbərdarlıq olmalıdır”.

Milli Məclisin deputatı Anar İsgəndərov isəTrend-əaçıqlamasında bildirib ki, Zəngəzur birmənalı olaraq Azərbaycantorpağıdır:

“Azərbaycanın Şərqi Zəngəzuru varsa, deməli, Qərbi Zəngəzuru davar. Qərbi Zəngəzur deyilən ərazi də birmənalı olaraqazərbaycanlıların yaşadığı tarixi torpaqlardır. Ermənilər özləri dəbilirlər ki, bu ərazilər tarixi Azərbaycan torpaqlarıdır.Azərbaycanın 8 kəndi ermənilərə verildikdən, Mehri rayonuyaradıldıqdan sonra Naxçıvanla quru sərhədlər bağlandı. Bunlartarixdir, şübhəli heç bir şey yoxdur. Niyə Azərbaycan torpaqlarıbir-birindən ayrı qalmalıdır? Niyə Naxçıvana getmək üçün Azərbaycanhakimiyyəti başqa yollar fikirləşməlidir?”

Deputat qeyd edib ki, Ermənistan çıxılmaz vəziyyətdə olduqdaQərb dövlətlərindən heç biri onun yanında olmur.

“44 günlük müharibəyə qədər də ermənilərin düşüncəsində“Qarabağın tarixi erməni torpağı olması” düşüncəsi var idi vəhavadarları da ermənilərdən daha çox cəhd göstərirdilər. Nəticədəqarşı tərəf danışıqsız təslim olmağa məcbur edildi. Ermənistanbunların hamısını düşünməlidir ki, əgər burada Azərbaycanınmaraqları təmin olunmasa, bölgənin gələcək taleyində nələr baş verəbilər.

Ermənistan ağır vəziyyətə düşəndə heç bir qərb dövləti onunyanında ola bilməz. Onlar Ermənistanı qızışdırırlar, bu, tarix boyubelə olub. Bu gün hansısa dövlət Ermənistana silah bağışlaya, onunmüdafiə qabiliyyətini möhkəmləndirmək üçün yardımlar da edə bilər.Lakin bu yardımlar və silahlar Ermənistanı Azərbaycandan güclü edəbilməz”, - deyə millət vəkili vurğulayıb.

Chosen
23
3
az.trend.az

4Sources