Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporoje şəhərinə hava hücumu edib. Manset.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Zaporoje Vilayət Dövlət Administrasiyasının rəhbəri İvan Fedorov məlumat verib. “Yerli saatla 15:17 radələrində idarə olunan bomba və ballistik raketlərdən istifadə təhlükəsi ilə əlaqədar Zaporojye vilayətində hava hücumu xəbərdarlığı elan edilib”, - o qeyd edib. Hücum nəticəsində bir nəfərin öldüyü, altı nəfərin isə yaralandığı bildirilir.