Türkiyə Futbol Federasiyasının (TFF) superliqa və kubok oyunlarına əcnəbi VAR hakimlərin cəlbi ilə bağlı qərar "Fənərbağça"nı əvvəlki fikrindən daşındırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bugünki bu qərapın mürəkkəbi qurumamış "Fənərbağça" daha əvvəl çəkildiyi Ziraat Türkiyə Kubokunda iştirak etmək qərarını bəyan edib.
Fərid ASLAN
MİA.AZ