EN

İlon Maskın atasından ''Liverpul'' açıqlaması

''Tesla'', ''SpaceX'' kimi nəhəng şirkətlərin, eləcə də ''x'' (tvitter) platformasının sahibi olan İlon Maskın İngiltərə nəhəngi ''Liverpul''u satın almaq istəməsi ilə mövzusu gündəm olmaqda davam edir.

''Football-plus.az'' xəbər verir ki, İngiltərə mətbuatında bu xəbər ilk dəfə yanvarın 6-da peyda oldu. Ötən günlərdə Maskın sərvəti 400 milyard dolları ötdü. O, dünyada bunu bacaran ilk şəxs kimi tarixə düşdü. İddialara görə Mask ''Liverpul''un indiki sahibi olan ''Fenway Sports Group'' şirkətinə 6 milyard funt sterlinqlik təklif irəli sürüb!

Bu arada İlon Maskın atası Errol bu iddialarla bağlı İngiltərə mətbuatına açıqlamalar verərək bunları deyib:

''Yaxşısı budu, mən bu mövzunu şərh etməyim. Yoxsa, fikir bildirən kimi qiyməti süni şəkildə qaldırılacaq. Bəli, İlon özü də ''Liverpul''a maraq duyduğunu etiraf etdi. Amma bu o demək deyil ki, mütləq klubu satın alacaq. Belə bir işbirliyinə marağı varmı? Əlbəttə var. Mən də onun ''Liverpul''un sahibinə çevrilməsini istərdim. Nənəsi məhz Liverpulda doğulub. Bu şəhərdə başqa qohumlarımız da var. Əfsanəvi ''Bitls'' qrupunun üzvlərini də tanımaq fürsətimiz olub. Çünki ailəmizin bəzi üzvləri ilə birlikdə böyüyüblər. Yəni bu şəhər ilə sıx əlaqələrimiz var''.

ƏLİ
Chosen
18
football-plus.az

1Sources