EN

Vüsal İsgəndərli oynadı, komandası “Eyüpspor”a uduzdu

Futbol üzrə Azərbaycan millisinin üzvü Vüsal İsgəndərli Türkiyənin “Boluspor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 29 yaşlı vinger bu gün Türkiyə Kubokunun qrup mərhələsi çərçivəsində baş tutan “Eyüpspor” komandası ilə səfər oyununun iştirakçısı olub.

C qrupunun oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Vüsal bu görüşə ilk “11-lik”də başlayıb və sonadək meydanda olub.

“Boluspor” kubokdakı növbəti matçını fevralın 5-də “Qalatasaray”a qarşı keçirəcək.

Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a 2024-cü ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avro müqabilində transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 21 matça çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
26
arena.az

1Sources