“Sony” və “Honda” daxili “PlayStation 5” ilə işləyən elektrik avtomobilini təqdim etdi
“Sony” və “Honda”nın birgə müəssisəsi “Sony Honda Mobility” ilk elektrik avtomobili olan “Afeela” üçün ilkin sifarişləri qəbul etməyə başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Verge” məlumat yayıb.
Bildirilib ki, hazırlanması beş il çəkmiş avtomobili ilkin mərhələdə yalnız Kaliforniya sakinləri əldə edə biləcəklər.
Mətbuat konfransında şirkət qiymət və ilkin sifariş detallarını açıqlayıb. Belə ki, “Afeela 1” iki növdə təqdim olunacaq: 89,900 dollara “Origin” və 102,900 dollara “Signature”.
Öncədən sifariş yanvarın 7-də başlayıb. “Afeela”nın digər ştatlarda və ölkələrdə mövcudluğu barədə hələ məlumat yoxdur.