"Flamenqo" Olavio Juninyo üçün "Qarabağ"a rəsmi təklifini göndərdi.

Offsideplus.az xəbər verir ki, Braziliya təmsilçisi dəyəri hissə-hissə ödəməklə 4 milyon avroluq təklif irəli sürüb. Bu barədə braziliyalı jurnalist Venelouis Kasaqrande "X" hesabında paylaşım edib.

O, "Flamenqo"nun rəsmi müraciətə təmsilçimizin cavab verməsini gözlədiyini qeyd edib.

Eyni zamanda Juninyonun Cənubi Amerika komandasının təklifini nəzərdən keçirdikdən sonra "Sevilya"dan imtina edəcəyinə ümid bəslənildiyi vurğulanıb.