EN

İstanbulda tələsdiyini əsas gətirən şəxs polisin avtomobilini oğurladı, hadisəni kameraya çəkdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İstanbulda hələ adı ictimaiyyətə açıqlanmayan şəxs tələsdiyi ünvana polis avtomobilində yollanmaq qərarına gəlib.
Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, həmin şəxs hadisəni telefonu ilə anbaan qeydə alaraq sosial şəbəkələrdə paylaşıb.
O, müraciətində törətdiyi cinayət tərkibli əməli etiraf edərək əlavə edib ki, qət etdiyi yola görə ödənişi də avtomobilə qoyub.
"Haqqını halal et. Açarı da avtomobilin üzərində saxlayıb, maşını saxlayacağım ünvan barədə sənə məlumat verəcəyəm", - deyə o, polisə müraciətində qeyd edib.
Chosen
20
38
oxu.az

10Sources