EN

Azərbaycanda avtomobillərlə bağlı dinamika səngimir - Bu il bizi hansı tələblər və qiymətlər gözləyir?

Bakı. Trend:

Ötən il bir çox sahələrdə olduğu kimi, nəqliyyat sektorunda daəhəmiyyətli addımların atılması, müəyyən islahatların həyatakeçirilməsi ilə yadda qaldı. Xüsusən də taksi minik avtomobilləriilə bağlı Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli qərarıilə təsdiqlənən və 1 iyul 2024-cü ildən qüvvəyə minən “Müntəzəm vətaksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunanavtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xaricitərtibatına dair tələblər” ölkədə avtoparkların yenilənməsi,ekoloji çirklənmənin nisbətən azaldılması baxımından labüdaddımlardan hesab olunur.

Avtomobil parkının yenilənməsinə əsaslı töhfə verəcək amillərdənbiri və demək olar ki, ən önəmlisi isə ötən ilin sonlarında ölkədəutilizasiya prosesinə başlanılması oldu. Bu prosesin başlanılmasıistismara yararsız hesab olunan avtomobillərin sayının əhəmiyyətlidərəcədə azalmasına, əvəzində daha müasir və ekoloji təmiznəqliyyat vasitələrinə üstünlük verilməsinə səbəb olacaq önəmlirola malikdir.

Bundan başqa, “yaşıl enerji”yə keçid baxımından ekoloji təmizavtomobillərlə bağlı müəyyən güzəştlərin, stimullaşdırıcımexanizmlərin tətbiqi ölkədə daha yeni istehsallı avtomobillərə vəelektrik mühərrikli nəqliyyat vasitələrinə marağı birə-beş artırdı.Tələbin artması avtomobil bazarında qiymətlərdə müəyyən dəyişikliyəgətirib çıxardı.

2024-cü ildə baş verənlərin fonunda bu il üçünavtoparkların daha da yenilənməsi və ələxsus da avtomobilqiymətləri ilə bağlı nə proqnozlaşdırılır?

Mövzu ilə bağlı Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasınınicraçı direktoru Eyyub Əliyev Trend-ə açıqlamasında deyib ki, ötən ildə olanbəzi tendensiyalar 2025-ci ildə də davam edəcək.

Onun sözlərinə görə, buna səbəb taksi parkının hələ tamdolmamasıdır:

“Görülən işlərdən bəllidir ki, taksi parkının yenilənməsi başaçatmayıb, davam edir. Bundan başqa, utilizasiya prosesinə də startverildi. Utilizasiyaya başlanılması avtomobil parkınınyenilənməsinə təsirsiz ötüşməyəcək. Bu baxımdan, beləproqnozlaşdırıram ki, 2025-ci il ərzində də yerli istehsalavtomobillərə tələb daha çox artacaq.

Tələbin artması öz növbəsində yerli istehsal avtomobillərinqıtlığına gətirib çıxaracağını istisna etmir. Bu da, sözsüz ki,bazarda olan digər avtomobillərə, əsasən də yeni avtomobillərətələb və marağı artıracaq. Çünki utilizasiyanın əsas məqsədiavtoparkımızın yenilənməsidir.

Yəqin ki, vətəndaşlar da artıq başa düşürlər ki, istehsal iliköhnə olan avtomobillər onların həm büdcəsinə, həm də ekologiyamızaciddi ziyan vurur. Bu baxımdan, mən 2025-ci ili yeni avtomobillərili adlandırardım. Çünki artıq əvvəlki illərə nisbətən bu il yeniavtomobillərə marağın daha çox olacağı proqnozlaşdırılır”.

Tətbiq edilmiş tələblərdən sonra istehsal ili daha yeni olanavtomobillərin, xüsusən də yerli istehsallı minik nəqliyyatvasitələrinin alışında daha çox artım müşahidə olunmağa başlandı.Təkcə statistik göstəricilərə nəzər yetirdikdə bunun əyani şahidiola bilərik.

Belə ki, Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyatvasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalısahələrində 2024-сü ilin yanvar-noyabr aylarında 725,8 milyonmanatlıq məhsul istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu vəyarımqoşquların istehsalı 56,6% artıb, maşın və avadanlıqlarınistehsalı 46,1%, sair nəqliyyat vasitələrinin istehsalı isə 52,9%azalıb. 2024-сü ilin yanvar-noyabr aylarında 5225 ədəd və yaəvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2088 ədəd çox minikavtomobili istehsal olunub.

İstehsalla yanaşı, idxalda da nəzərəçarpacaq dərəcədə artımlarqeydə alınıb. Belə ki, 2024-cü ilin yanvar-noyabr aylarındaAzərbaycan 114,8 milyon ABŞ dolları dəyərində 2 871 ədəd yalnızelektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxaledib. Bu isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə miqdarbaxımından 134 ədəd (4,9%), dəyər baxımından isə 3 milyon 745 minABŞ dolları (3,4%) çoxdur.

Bəs görəsən, istehsal və ölkəyə gətirilən nəqliyyatvasitələrinin sayında müsbət dinamikanın olması onun qiymətinə necətəsir göstərəcək?

Eyyub Əliyev bu məsəslə ilə bağlı da öz fikirlərini bölüşüb. Ovurğulayıb ki, bu ilin ilk iki rübü ərzində ölkədə avtomobilqiymətlərində hər hansı artım olmayacaq:

“Rəsmi istehsalçılarda heç bir qiymət artımı yoxdur. Əksinə,onlar xidmət keyfiyyətinin artırılması məsələlərinə önəm verirlər.Rəsmi istehsalçıların bu dəqiqə ən başlıca prinsip və məqsədlərizəmanəti və xidmət keyfiyyətini artırmaqdır. Amma rəsmiistehsalçılarda qiymət artımı olmayacaq. Ən azı 2025-ci ilin I vəII rübləri ərzində avtomobillərin qiymət artımından söz gedəbilməz”.

“Yalnız logistika xərclərində artımlar olarsa, o haldaavtomobillərin qiymətində müəyyən artımları müşahidə edə bilərik.Lakin indiki durumda avtomobillərin qiymətində hər hansı artımınolacağı gözlənilmir”, - deyə E.Əliyev fikrini tamamlayıb.

Chosen
29
11
az.trend.az

10Sources