EN

“Paşinyanın rabitəsiz çıxışlarında məkrli plan gizlənib” – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti süjet hazırlanıb.

“Prezidentin atasının adını çəkdiyi üçün tualetdə öldürüldü” adlı süjetdə erməni siyasətçi, politoloq və ekspertlərin baş nazir Nikol Paşinyanın seçkiyə start verməsi, tərəfdarları və əleyhdarlarının bu marafona qoşulması, Qərbi azərbaycanlıların Paşinyana səs versinlər deyə 2026-cı ilədək öz yurdlarına köçməsi ilə bağlı iddialarına yer verilib.

Onların sözlərinə görə, Paşinyanın rabitəsiz çıxışlarında məkrli plan gizlənib: “Paşinyanın komandası Afrika tayfasına bənzəyir. Paşinyan hər dəfə onları ocağın ətrafına yığıb tumba-yumba rəqsinə başlayır. Paşinyan hakimiyyətdə daha uzun müddət qalmaq üçün əlindən gələni edir. O, günün birinci yarısında fokusçu kimi çıxış edir, ikinci yarısında isə təlxək olur”.

Süjetdə Ermənistanın eks-baş naziri Hrant Bağratyan və sabiq deputat Naira Zohrabyanın fikirlərinə də yer verilib: “Beynəlxalq aləmdə ləyaqətimizi itirmişik. Trampın yeni administrasiyasında ermənilərin heç bir təsiri yoxdur. Vaxtilə Makron da Ermənistana kömək edəcəyinə söz vermişdi, bu gün onun bizim köməyimizə ehtiyacı var. Türklər sahibolduqları öz torpaqlarına qayıdırlar. Qərbi Azərbaycan İcması ilə danışıqlar aparmasaq, Ermənistanı işğal edə bilərlər. Əminik ki, Zəngəzur dəhlizi açılacaq və azərbaycanlılar Ermənistana qayıdacaqlar. Heç vaxt 1976-cı ilin xəritələri olmayıb, bu yalandır. 180 min azərbaycanlının yaxın gələcəkdə Qərbi Azərbaycana necə qayıtması mexanizmləri müzakirə olunub. Nikolun komandasının üzvləri bir-birlərini yeməyə başlayacaqlar. Paşinyan terrorun köməyi ilə hakimiyyətini saxlamağa çalışır. Nikol etiraf etdi ki, ermənilərə dövlət yaradıb veriblər, onlar isə qonşuları ilə münaqişələrlə məşğuldurlar”.

Ermənistanın Xristian-Demokrat Partiyasının sədri Levon Şirinyan isə vurğulayıb ki, vaxtilə prezident olmuş Robert Köçəryanın atasının adını çəkdiyi üçün Daşnaksutyun Partiyasının üzvü Poqosyan adlı şəxs döyülərək tualetdə öldürülüb. Robert Koçaryan kimi insanlara “armyaşka” deyirlər”.

Chosen
11
medianews.az

1Sources