EN

Dövlət qurumu rayonlarda 65 mənzil alacaq – 6 MİLYON XƏRC ÇƏKƏCƏK

Sosial Xidmətlər Agentliyi 2 ədəd açıq tender elan edir.

Dövlət qurumu Salyanda 3,2 milyona 32 mənzil alacaq – TENDER ELAN EDİLDİ

FED.az xəbər verir ki, elanlar əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə mənzillərin satın alınması ilə bağlıdır.

Belə ki, Saatlı rayonunda 27 ədəd ikiotaqlı, 18 ədəd üçotaqlı mənzilin satın alınması və Neftçala rayonunda 20 ədəd üçotaqlı mənzilin satın alınması nəzərdə tutulub.

Hər iki tenderdə iştirak haqqı 1 000 manat təşkil edir. Təkliflərin son təqdim olunma tarixi və vaxtı və zərflərin açılış tarixi və vaxtı 10.02.2025 17:00 olaraq müəyyən edilib.

Son olaraq qeyd edək ki, Saatlı rayonunda 27 ədəd ikiotaqlı, 18 ədəd üçotaqlı mənzilin satın alınması tenderi üzrə ehtimal olunan qiymət 3.924.450,00 AZN, Neftçala rayonunda 20 ədəd üçotaqlı mənzilin satın alınması tenderi üzrə isə

2.052.000,00 AZN təşkil edir.

Chosen
10
fed.az

1Sources