EN

Əməliyyat zamanı tort üfürən həkimlə bağlı yoxlama başladı

Xəbər verdiyimiz kimi, Bakıda yerləşən özəl xəstəxanalardan birində cərrah əməliyyat zamanı doğum gününü qeyd edib.


Manset.az xəbər verir ki, Səhiyyə Nazirliyi ginekoloq Ləman Əliyevanın əməliyyat zamanı ad günü qeyd etməsinə münasibət bildirib.

Nazirliyin Analitik Ekspertiza Mərkəzindən (AEM) verilən məlumata görə, faktla bağlı yoxlamalara başlanılıb. Qurumdan məsələnin ciddi araşdırılacağı bildirilib.

Açıqlamada qeyd olunub ki, yoxlamanın nəticəsi barədə ətraflı məlumat veriləcək.

Chosen
18
1
manset.az

2Sources