EN

Şərur GES-də istehsal edilən enerjinin həcmi artıb

Bakı. Trend:

Ötən il Şərur Günəş Elektrik Stansiyasında istehsal edilənenerjinin həcmi artıb.

Trend-in sorğusuna cavab olaraq Naxçıvan DövlətEnergetika Xidmətindən bildirilib ki, bu rəqəm 2020-2024 cü illərarasında müvafiq olaraq 0,6.400, 12.500, 16.100 və 17.643 minkVt/saat olub.

Qeyd edək ki, Şərur rayonunun Zeyvə kəndi ərazisində 5meqavatlıq yeni Günəş Elektrik Stansiyasının qurulması barədə,2020-ci ilin avqustun 16-da və stansiyasının layihə gücünün daha 3meqavat artırılması üçün 05 iyun 2021-ci il tarixdə Naxçıvan MuxtarRespublikası Dövlət Energetika Xidməti ilə İsveçrənin “Pure EnergyDevelopment” SARL şirkəti arasında müqavilə imzalanıb. 02 iyun2023-cü il tarixində isə stansiyanın gücü daha 3 meqavatartırılaraq 11 meqavata çatdırılıb. İl ərzində 16,5 milyonkilovat-saat elektrik enerjisi istehsal edilməsi nəzərdə tutulub.Bu da Şərur rayonunun elektrik enerjisinə olan tələbatının 65÷70%-ideməkdir.

Chosen
17
1
az.trend.az

2Sources