Sosial şəbəkələrdə 158 saylı məktəbin həyətində valideynlər arasında dava ilə bağlı video yayılıb.
Milli.Az xÉ™bÉ™r verir ki, hadisÉ™nin sÉ™bÉ™bi É™lum olmasa da, hÉ™r 2 qadın bir-birilÉ™rinÉ™ xÉ™sarÉ™t yetiriblÉ™r.Â
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, 18 dekabr 2024-cü il tarixində mübahisə tərəfləri şikayət ərizələri ilə ərazi üzrə polis şöbəsinə müraciət ediblər:
"Onların izahatları alınıb, araşdırma zamanı hadisə yerinə baxış keçirilib və protokol tərtib edilərək materiala əlavə edilib. İnsidentin hərtərəfli araşdırılması, tərəflərin hadisə zamanı aldıqları xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədi ilə hər iki şəxs ekspertizaya göndərilib.
Polis İdarəsində prosessual araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq hərəkətə hüquqi qiymət veriləcək".
İnqilab Məmmədov
Milli.Az