Yanvarın 7-də Bakı Metropoliteninin “Ulduz” stansiyasında özünü qatarın altına atan gənc vəfat edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Tovuz rayon sakini 2007-ci il təvəllüdlü Aslanov Saməddin Sakit oğlu açıq kəllə-beyin travması ilə daxil olduğu Sabunçu Tibb Mərkəzində ötən gecə dünyasını dəyişib.
Bildirilir ki, i*tihar edən gənc 1-ci kurs tələbəsidir.
Şəhid Vüsal Vəliyevin qardaşı Elyar Vəliyev bildirib ki, Saməddin Vətən müharibəsi şəhidi Babək Aslanovun qardaşıdır. O, i*tihar etməzdən əvvəl sosial şəbəkədə bunun anonsunu verib və ağır psixoloji vəziyyətdə olduğunu, i*tiharına görə heç kimin günahkar olmadığını bildirib.
Qeyd edək ki, Babək Aslanov 1994-cü ildə Tovuzun Yanıqlı kəndində anadan olub. 2020-ci il oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub. Doğulduğu kənddə dəfn olunub. “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medallarıyla təltif olunub.
![](https://news24.az/uploads/posts/2025-01/1736403270_473090759_2799720423568638_1579858132571141092_n.webp)