EN

"OBA Market"ə qarşı protokol tərtib edildi - İstehlakçılar aldadılıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələri tərəfindən 2024-cü ilin yanvar - dekabr ayları ərzində tərtib olunmuş inzibati xəta haqqında protokollara dair məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, protokol tərtib edilən MMC-lər arasında "OBA Market" də var.

MMC haqqında 3 dəfə protokol tərtib edilib. İnzibati xətaların mahiyyəti isə qida məhsulunun üzərində göstərilmiş qiymətdən baha satılması olub.

"OBA Market"MMC qanunvericiliklə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndini pozub. Beləliklə, MMC malın hesabına dair istehlakçıları aldadıb.


Müəllif: Teleqraf.com
Chosen
28
teleqraf.com

1Sources