EN

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Suriyada hərbi aerodroma hücum edib

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Suriyanın cənubundakı Suveyda əyalətindəki Xalxala hərbi aerodromuna hücum edib.

Bu barədə dünən axşam saatlarında mənbə bildirib. Onun sözlərinə görə, obyektin ərazisində güclü yanğın başlayıb, partlayış səsləri eşidilib.

2024-cü il dekabrın əvvəlində Ərəb Respublikasında hakimiyyət dəyişikliyindən sonra İsrail qırıcılarının irimiqyaslı hücumu və Suriyadakı 250-dən çox hərbi obyektə zərbələr endirdiyi bildirilirdi. İsrailli müdafiə mənbəsi bunu yəhudi dövlətinin hava qüvvələrinin tarixindəki ən böyük hücum əməliyyatlarından biri kimi xarakterizə edib.

//Samir Qurbanov, Editor.az

 

Chosen
27
editor.az

1Sources