EN

"Qadınların hüquqi maarifləndirilməsi problemlərinin həllinə yardım edir" - Zenfira Mustafayeva

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva bildirib ki, təşkilatın keçirdiyi təlim və seminarlar qadınların hüquqi biliklər əldə etməsinə şərait yaradır. Bu biliklər sayəsində onlar hüquqi sənədlərin hazırlanması, sosial müavinətlərin alınması və hüquqlarının müdafiəsi kimi məsələləri müstəqil şəkildə həll edə bilirlər.

"Hər bir qadın hansısa hüquqi problemlə qarşılaşa bilər, lakin təlimlərdə qazandıqları biliklər onların bu problemləri həll etməsini və hətta iş qurmasını asanlaşdırır. Hüquqi məsələlərlə bağlı maarifləndirmə qadınların cəmiyyətdə daha fəal və müstəqil olmasına kömək edir," - deyə Zenfira Mustafayeva vurğulayıb.

QHT  sədri qaçqın və məcburi köçkün qadınların iqtisadi müstəqillik qazanmasının vacibliyini vurğulayıb. O bildirib ki, təşkilat 25 ildən çoxdur bu xanımlara hüquqi, psixoloji və sosial xidmətlər göstərir, eyni zamanda, kompüter bilikləri, mühasibatlıq və digər sahələrdə təlimlər keçirərək onların işlə təmin olunmasına və ailələrinə dayanıqlı gələcək qurmasına şərait yaradır.

 

Pərvanə Fərhadqızı

Chosen
23
qht.az

1Sources