EN

6 yaşlı Şirini öldürən şəxsə ömürlük həbs

Türkiyənin İstanbul şəhərində yerləşən qəbiristanlıqda meyiti tapılan 6 yaşlı Şirin Elmas Hanilçi ilə bağlı cinayət işində hökm oxunub.

"Cebheinfo.az"  Modern.az-a istinadən xəbər verir ki, azyaşlını öldürməkdə ittiham olunan Mustafa Örünə ağırlaşdırılmış ömürlük həbs cəzası verilib.

Təqsirləndirilən şəxs “seksual xarakterli zorakılıq” cinayətinə görə 30 il, “azadlıqdan məhrum etmə” cinayətinə görə isə 21 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə ötən ilin oktyabr ayında baş verib. Oktyabr ayında itkin düşən 6 yaşlı Şirinin meyiti qəbiristanlıqdan tapılıb. 49 yaşlı Mustafa Örün cinayətini etiraf edib.

"Cebheinfo.az" 

Chosen
4
1
cebheinfo.az

2Sources