Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd Suriyanın birinci xanımı olmamışdan əvvəl Britaniya kəşfiyyatı ilə əməkdaşlıq etməsinə dair şübhələr ortaya çıxıb.
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı iddia edilən sənədlərə istinadən Sky News Arabia telekanalı yayıb.
Məlumatda qeyd olunur ki, sənədlərdə Britaniya kəşfiyyatının Əsma Əsədlə əlaqəsi haqqında əlavə təfərrüatlar var. Onu əməkdaşlığa cəlb edən şəxs qismində isə britaniyalı kəşfiyyatçı Eliza Bowlerin adı çəkilir. Əlavə olaraq qeyd edilir ki, Suriya hakimiyyəti bu cür təmaslardan xəbərdar ola bilərdi, məhz bununla bağlı ölkənin o zamankı prezidenti Hafiz Əsəd oğlu Bəşərin Əsma ilə evlənməsinin əleyhinə idi.
ElcanMissiya.Az