Zelenski Ramşten görüşü üçün Almaniyaya gəlib.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. 25-ci iclasda 54 ölkənin müdafiə nazirləri iştirak edəcək. Bildirilir ki, Ukrayna prezidenti Volodimir Zelenski Ramşteyn görüşü üçün Almaniyaya gedib.
Bundan əvvəl Ukraynanın müdafiə məsələləri üzrə təmas qrupunun da iclası keçirilib və ölkənin müdafiə naziri Rustem Umerov Pentaqonun katibi Lloyd Ostin ilə görüşüb.
Əsas diqqət 2027-ci ilin sonuna qədər Ukraynanın hərbi ehtiyaclarını müəyyən edəcək 8 sahənin hər biri üzrə strateji “yol xəritələri”nin, xüsusən də hava hücumundan müdafiə sistemləri, artilleriya silahları, pilotsuz uçuş aparatları, zirehli texnika, hava qüvvələri və dəniz təhlükəsizliyinin təsdiqinə yönəldilib.
İndi Zelenski ilə bir sıra görüşlər nəzərdə tutulub.
Xuraman Etibarlı
İnterpress.az