EN

Mərkəzi Bankın kontr-tsiklik kapital buferi: Kreditləşmə və faizlərə təsirlər / AÇIQLAMA

Mərkəzi Bankın 0.5% həddində əlavə kontr-tsiklik kapital buferi təyin etməsi, bank sektorunda kreditləşmənin dinamikasını tənzimləmək məqsədini daşıyır.

QHT.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov məlumat verib. O bildirib ki, bu, yüksək kredit artım tempininin iqtisadiyyatın inkişafı ilə uzlaşmaması və risklərin artırılması fonunda tətbiq olunur:

"Bu qərar, bankların daha konservativ kredit siyasətinə keçməsinə, kredit portfellərinin optimallaşmasına və bəzi hallarda azalmasına səbəb ola bilər. Eyni zamanda, kredit faizlərinin artması da gözləniləndir, çünki depozit faizlərinin artması ilə əlaqədar kreditlər bahalaşacaq. Bu addım, kreditləşmənin iqtisadiyyata təsirini tənzimləyərək maliyyə dayanıqlığını artırmağa yönəlmişdir".

Chosen
26
qht.az

1Sources