EN

Gimnastlarımız Qubada təlim-məşq toplanışında

Qrup hərəkətləri üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığması Qubada təlim-məşq toplanışı keçirir.

Fanat.Az xəbər verir ki, gimnastlar Quba Olimpiya Kompleksində gündə iki dəfə məşq etməklə mövsümə hazırlaşırlar.

Yeniyetmələr məşqçilərin rəhbərliyi altında hərəkətləri və alətlərlə çalışmaları təkmilləşdirirlər.

Təlim-məşq toplanışı yanvarın 14-dək davam edəcək.

Chosen
54
fanat.az

1Sources