EN

Bəşər Əsədin həyat yoldaşı Britaniya kəşfiyyatına işləməkdə şübhəli bilinir

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Britaniya kəşfiyyatı ilə əməkdaşlıq etmiş ola bilər.

Herbiand.az bildirir ki, bu barədə suriyalı jurnalist Nizar Nayuf məlumat verib.

O, 1990-cı illərin əvvəllərində Əsədin atası Hafizin tələbi ilə kəşfiyyat xidmətləri tərəfindən hazırlanmış məxfi sənədləri dərc edib. İddialara görə, Əsədin özünü Londonda oxuyarkən izləyirdilər.

“Sky News Arabia” nəşrinin məlumatına görə, Hafiz gələcək gəlininə etibar etməyib və onların toylarının əleyhinə olub. Bəşər Əsəd Əsma ilə yalnız atasının ölümündən sonra evlənib. Hafiz Əsmaya inanmadığı üçün kəşfiyyat xidmətlərinə onu İngiltərədə izləməyi və ətrafı haqqında məlumat əldə etməyi əmr edib.

Bəşər Əsədin həyat yoldaşı Londonda anadan olub və London Universitetinin Kral kollecini bitirib. Suriya kəşfiyyat xidmətləri aydınlaşdırıblar ki, Əsma JPMorgan Bank-da işləyərkən britaniyalı kəşfiyyatının qadın əməkdaşı müşayiət edirmiş, həm də ona işlərində yardım edirmiş.

Bundan əlavə, Hafizə məlumat verilirdi ki, Bəşər Əsma və anası ilə bahalı otellərdə görüşərkən onları küçədə Böyük Britaniya kəşfiyyatçıları qoruyurdu.

Bəxtiyar CƏFƏRLİ

Chosen
14
herbiand.az

1Sources