EN

Çin lideri iqtisadçının sözlərindən qəzəblənib

Çin Xalq Respublikasının sÉ™dri Si Szinpin iqtisadçı Qao Åžanvenin Çin iqtisadiyyatının vÉ™ziyyÉ™ti ilÉ™ baÄŸlı bÉ™yanatlarına görÉ™ narazılığını ifadÉ™ edib. 

Valyuta.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.

İqtisadçının Çin iqtisadi inkişaf göstəricilərinin şişirdildiyi ilə bağlı fikirləri Pekində böyük narahatlıq doğurub. Qao Şanven Vaşinqtonda keçirilən forum zamanı Çin iqtisadiyyatının real inkişaf tempinin rəsmi məlumatlardan aşağı ola biləcəyini deyib:

"Çinin iqtisadi inkişaf göstəricilərinin dəqiq rəqəmlərini bilmirik. Mənim təxminlərimə görə, son iki-üç ildə ÜDM-in real artımı orta hesabla 2%-ə yaxın olub, halbuki rəsmi göstəricilər 5%-ə yaxın olaraq göstərilir".

O həmçinin, Pekinin iqtisadi inkişafı stimullaşdırmaq imkanlarına da şübhə ilə yanaşıb.

Mənbələrin məlumatına görə, bu açıqlamalar Si Szinpində ciddi narazılıq yaradıb. Çin rəhbəri iqtisadçının məsuliyyətə cəlb olunmasını tələb edib.

Paşa Məmmədli


 

Chosen
23
valyuta.az

1Sources