EN

İtaliyanın Belkastro şəhərinin meri yerli sakinlərə xəstələnməyi qadağan edib

İtaliyanın

İtaliyanın cənubunda yerləşən Belkastro şəhərinin sakinlərinə rəsmi olaraq xəstələnmək qadağan edilib. Bu qərarı yerli meri Antonio Torqya imzalayıb, məlumatı Catanzaro Informa nəşri yayıb.Belkastro sakinlərinə, hər hansı tibbi yardım, xüsusən təcili tibbi yardım tələb edən xəstəliklərə yoluxmamağa çağırılıb, çünki şəhər, təxminən 1300 nəfərlik əhalisi ilə səhiyyə sahəsində resurs və kadr çatışmazlığı yaşayır.Bununla yanaşı, Torqya bu fərmana «ironiya ilə yanaşmaq» lazım olduğunu vurğulayıb. O, öz qərarını «kömək çağırışı» kimi qiymətləndirib və diqqəti qəbuledilməz vəziyyətə çəkmək məqsədi daşıdığını qeyd edib.Belkastroda əsasən pensiyaçılar yaşayır. Şəhərdə bir tibbi məntəqə mövcuddur, amma tez-tez bağlı olur. Bundan əlavə, növbədə olan həkimlər həftə sonları və bayram günlərində işləmirlər, həmçinin gecə saatlarında da xidmət göstərmirlər. Ən yaxın təcili yardım məntəqəsi 45 kilometr məsafədədir.Qeyd Edək ki, Belkastro, Kalabriya bölgəsində yerləşir və administrativ mərkəz olan Katandzaro şəhərinə tabedir.Səidə Mustafa

Diqqət Çəkənlər

CNN: Trump fövqəladə iqtisadi vəziyyət elan edə bilər

Sorğu: ABŞ vətəndaşları, Baydenin prezidentlik dövrünün tarixi baxımdan uğursuz olaraq yadda qalacağını düşünür

Azərbaycan beynəlxalq axtarışda olan Hindistan vətəndaşını Monakoya təhvil verib

Chosen
13
ulusum.az

1Sources