EN

Şimali Kipr Türk Respublikasında səfərdə olan Hakan Fidan görüşlər keçirməyə davam edir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Şimali Kipr (Kıbrıs) Türk Respublikasına işgüzar səfər edib. Səfər çərçivəsində nazir, Türkiyənin Lefkoşadakı səfirliyində Respublikaçı Türk Partiyasının sədri Tufan Erhürmanı və Xalq Partiyasının sədri Kudret Özersayı qəbul edib. Görüşlərdə Hakan Fidanı Türkiyənin Lefkoşadakı səfiri Yasin Ekrem Serim müşayiət edib.

Hakan Fidan Şimali Kipr Türk Respublikasına etdiyi səfər zamanı prezident Ersin Tatar ilə də görüşüb. Hakan Fidan görüşdən sonra verdiyi açıqlamada, Kiprdə iki dövlətli həllin daha böyük rifahın yolunu açacağını qeyd edib. O, "Hamı görür ki, iki dövlətli həlldən başqa variant yoxdur" deyə vurğulayıb.

Nazir Hakan Fidan ŞKTR Respublika Məclisinin sədri Ziya Öztürkler, Baş nazir Ünal Üstel və onu müşayiət edən nümayəndə heyəti ilə də görüşüb.



Chosen
8
trt.net.tr

1Sources