EN

Pensiya ilə bağlı MÜHÜM XƏBƏR: Azərbaycanda bu şəxslərin pensiya yaşı artırılır

Artıq bir neçə müddətdir ki, Azərbaycanda qadınların pensiya yaşının artırılması müzakirələr davam edir. Beləliklə gözlənilir ki, bu il Azərbaycanda qadınların pensiya yaşı 64 olmalıdır. 


Nəzərə alsaq ki, son illərdə ölüm yaşı da cavanlaşır.  Buna görə də pensiya yaşı həddinə çatmayanların sayı da artır.  Bütün bunları nəzərə alaraq pensiya yaşının xüsusilə də qadınların pensiya yaşının artırılmasının səbəbi nədir?


Mövzu ilə bağlı iqtisadi məsələr üzrə ekspert Elçin Rəşidov Referans.az - açıqlamasında bildirib ki, ümumiyyətlə pensiya yaşının artırılması iki səbəbdən olur. Birinci səbəb insanların orta ömür müddətinin artmasıdır. O cümlədən də iş qabiliyyəti yüksəlir. Amma bu məqam ayrı-ayrı fərdlərdə fərqlidir. Həmçinin bu regiondan regiona da dəyişən bir nüansdır.  İkinci səbəb isə tibbin və yeni həyat tərzinin rolu var.  


Ekspert onu da qeyd edib ki, pensiya fondu maliyyə dayanıqlığı üçün gənc əhalinin sayının çox olması lazımdır. Pensiya alanların sayı artmaqdadır. Peniya fondu da bildiyiniz kimi işləyən gənclərin əmək haqqından formalaşır. Ölkədə ümumi əhalinin tərkibi qocaldıqca daha az adam işləməli olur. Nəticədə də daha çox insana pensiya verilməsi zərurəti yaranır.  Bununla da pensiya fondunun maliyyə dayanıqlığı düşür.





Elçin Rəşidov onu da qeyd edib ki, burada çıxış yolu kimi pensiya tutumlarının faizini artırmaq, pensiya məbləğini azaltmaq və pensiya yaşını çoxaltmaqdır. Təbii ki, bunların heç biri arzulunan deyil. Bunun üçün də yeganə arzuolunan məqam ölkə iqtisadiyyatının böyüməsidir.  Hal-hazırda ölkəmizdə adambaşına düşən məhsuldarlıq qonşu ölkələrdən azdır.  Bu proses davam edir.  


"Pensiya yaşı ilə bağlı qadınlar üçün qaydalar təxminən kişilərə tətbiq olunan qaydalara oxşadır. Aydındır ki, ölkəmizdə qadınların sayı ilə kişilərin sayı arasında fərq elə də çox deyil. Əlbəttə ki, çox yaxşı olardı ki, ölkəmizdə qadınların pensiya yaşı artırılmasın. Güman edək ki, dövlət səviyyəsində bu istiqamətdə müvafiq işlər görüləcəkdir", - deyə ekspert əlavə edib.


Chosen
31
paytaxt.org

1Sources