Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bir televiziya kanalında Suriyada nəqliyyatın yeni dövrü ilə bağlı açıqlamalar verib. O, Dəməşqdəki hava limanının beynəlxalq uçuşlara hazır vəziyyətə gətirilməli olduğunu vurğulayaraq 4 aylıq müddət ərzində Suriyaya uçuşların başlaya biləcəyini bildirib.
SİA-nın məlumatına görə, nazir "Əgər İstanbulla Dəməşq arasında birbaşa əlaqəni təmin edə bilsək, bu, onları bütün dünyaya açmış olacaq. Bu istiqamətdə işlərimiz davam edir"- deyə qeyd edib.Suriyanın yenidən qurulması prosesinə də toxunan A.Uraloğlu "Suriya bir çox malların təmin edilə biləcəyi bir ölkədir. Görüləcək çox işimiz var. Oranın sabitliyi bizim üçün çox önəmlidir. Biz artıq 3 əməliyyat bölgəmizdə və müxalifət bölgələrində həm yolların təmiri, həm körpülərin bərpası kimi işlər görmüşük. Orada bir təcrübəmiz var və bu işləri davam etdirəcəyik" deyə danışıb.