Permdə çörək zavodunda bişirilən çörəklərdən kütləvi zəhərlənmə baş verib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
“Ən azı 80 nəfər zəhərlənib. Dəqiq say hələ müəyyənləşdirilir”, - məlumatda deyilir.
Hazırda müstəntiqlər hadisə ilə bağlı əlavə təfərrüatları öyrənmək üçün çörək fabrikinin müştəriləri və işçiləri ilə müsahibə aparırlar.