EN

Baydenin evi yandı

ABŞ-ın hazırkı prezidenti Co Baydenin oğlu Hunter Baydenin Malibudakı evi Kaliforniyada baş verən yanğın nəticəsində tamamilə yanıb.

“The Daily Mail” tərəfindən dərc edilən fotoşəkillər göstərir ki, 4 milyon dollarlıq mülkdən qalan yalnız iki bacadır.

Baydenin bu evi ayda 20 min dollara icarəyə götürdüyü bildirilir. Orada o, “həyat tərzini maliyyələşdirmək üçün istifadə etdiyi rəsmlər üzərində işləyib”. Yanğın Hunter Baydenin mühafizə qrupu tərəfindən icarəyə götürülmüş və qonşuluqda yerləşən evi də məhv edib.

Qeyd edək ki, yanvarın 7-də Cənubi Kaliforniyada meşə yanğınları yayılıb. Dövlət yanğınsöndürmə xidmətinin məlumatına görə, Los-Anceles dairəsində yanğınların sahəsi demək olar ki, 11 min hektara çatıb. ABŞ prezidenti Co Bayden ştatda böyük fəlakət elan edib. Los-Ancelesdə 100 mindən çox insanın evlərini tərk etməsi tələb olunur.

//Samir Qurbanov, Editor.az

Chosen
20
editor.az

1Sources