EN

Azərbaycandan Bolqarıstana qaz tədarükü dayandırıldı

Yanvarın 7-dən etibarən Azərbaycandan Bolqarıstana təbii qaz tədarükü texniki səbəblərə görə müvəqqəti dayandırılıb.


News365.az xəbər verir ki, bu barədə "Bulqarqaz" məlumat yayıb.


Qaz verilişinin 11 yanvar 2025-ci ildə bərpa olunması gözlənilir.


"Bulqarqaz" müvəqqəti olaraq yaranan problemi Türkiyənin BOTAŞ şirkətinin ehtiyatları hesabına aradan qaldırıb.

Chosen
15
7
news365.az

8Sources