EN

Məcburi auditdən yayınan şirkət cərimə olunur

“Planet Enko” MMC 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə həyata keçirilməli olan məcburi auditindən yayınıb.

Valyuta.az-ın məlumatına görə, 5 dekabr 2024-cü il tarixində Dövlət Vergi Xidməti tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib edilib.

Məhkəmənin qərarı ilə, şirkət inzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1.500 manat məbləğində cərimə olunub.

Chosen
7
2
valyuta.az

3Sources