EN

2025-ci ildə Azərbaycanın iqtisadiyyatı 3% artacaq - BMT

BMT 2025-ci il üçün Azərbaycanın iqtisadi artımını 3% səviyyəsində proqnozlaşdırır.

Publika.az xəbər verir ki, bu rəqəm təşkilatın “Dünya İqtisadi Vəziyyəti və Perspektivlər 2025” hesabatında əks olunub.

Hesabatda bildirilir ki, Azərbaycanın iqtisadiyyatı müsbət dinamika nümayiş etdirir. 2024-cü ildə ölkədə iqtisadi artım daxili tələbatın genişlənməsi və qeyri-neft sektorunun inkişafı hesabına sürətlənib. Bundan əlavə, Azərbaycanın təbii qazına olan qlobal tələbatın 2025-ci ildə də iqtisadi artıma dəstək verəcəyi gözlənilir.

BMT həmçinin 2026-cı ildə Azərbaycanın ÜDM-nin yenidən 3% artacağını proqnozlaşdırır.

Chosen
10
6
publika.az

9Sources