EN

İraq Türkmənistanla qaz tədarükünə dair müqavilə imzalayıb

Bakı. Trend:

İraq Türkmənistanla qaz tədarükü üzrə yeni svop sazişiimzalayıb.

Trend-in İraqXəbər Agentliyinə istinadla verdiyi məlumata görə, sazişi İraqınelektroenergetika naziri Ziyad Əli Fazil və Türkmənistanın dövlətnaziri, “Türkmənqaz” dövlət konserninin sədri Məqsəd BabayevBağdadda imzalayıb.

Müqaviləyə əsasən, Türkmənistan qazı İranın boru kəmərlərivasitəsilə İraqa nəql ediləcək. Qış aylarında gündəlik 10 milyonkubmetr, yay aylarında isə 20 milyon kubmetr qazın tədarükü nəzərdətutulur. Ümumilikdə, İraq yay mövsümündə qaz tələbatının 50 faizinibu yeni mənbədən təmin etməyi planlaşdırır.

İraqın elektroenergetika naziri bildirib ki, hazırda ölkə yayaylarında gündəlik 50 milyon kubmetr qaz alır və əsas tədarükçüsüİran olaraq qalır. İranla qaz tədarükünə dair 5 illik müqaviləqüvvədədir.

Nazir əlavə edib ki, maliyyə ilə bağlı bəzi texniki prosedurlartamamlandıqdan sonra Türkmənistan qazının İraqa tədarükünəbaşlanacaq.

Xatırladaq ki, İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani sonsəfərində İranla Türkmənistan qazının nəqli üçün prosedurlarınsadələşdirilməsini müzakirə edib. Eyni zamanda, elektrik enerjisinəartan tələbat fonunda İrandan qaz tədarükündə yaranan gecikmələr vəfasilələr də səfər zamanı diqqət mərkəzində olub.

Chosen
20
az.trend.az

1Sources