EN

Bloomberg: Yaxın 3-5 ildə süni intellektin inkişafı sayəsində qlobal banklar 200 minə qədər iş yerini ixtisar edəcək

Süni intellektin hazırda insanların yerinə yetirdiyi vəzifələrə müdaxiləsi nəticəsində qlobal banklar yaxın 3-5 il ərzində 200.000-ə qədər iş yerini ixtisar edəcək...

Poliqon bu barədə Bloomberg nəşrinə istinadən xəbər verir.

Cümə axşamı açıqlanan hesabata görə, orta hesabla işçi qüvvəsinin 3%-ni ixtisar ediləcək.

93 respondentin təxminən dörddə biri isə ümumi işçi qüvvəsinin 5%-dən 10%-ə qədər daha kəskin ixtisarların olacağını proqnozlaşdırır.

Poliqon.info

Chosen
24
poliqon.info

1Sources