“Ağstafa Səanye Kombinatı” ASC yaranmış vergi borcunun ödənilməsi üçün maliyyə mənbələrinin axtarılması ilə bağlı səhmdarlarını toplayır.
Teleqraf.com xəbər verir ki, fevralın 21-də ASC-nin səhmdarlarının növbəti ümumi yığıcağının keçirilməsi nəzərdə tutulub.
İclasın gündəliyinə cəmiyyətin 2024-cü ilin maliyyə təsərrüfat fəaliyyətinə dair idarə heyyətinin hesabatı, təşkilatı məsələlər, yaranmış vergi borcunun ödənilməsi üçün maliyyə mənbələrinin axtarılması və cəmiyyətin balansında olan mərkəzi bazada yerləşən əmlak kompleksinin satılması daxildir.
Müəllif: Teleqraf.com