EN

Həmkəndlisini güllələyən şəxsə hökm oxundu

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Xalid Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü o, 5 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd: Hadisə 20 iyun 2024-cü il tarixdə saat 00:10 radələrində Kürdəmir rayonu, Carlı kəndində qeydə alınıb.


Belə ki, aralarında yaranan şəxsi mübahisə zəminində kənd sakini Xalid Abdullayev həmkəndlisi Rüstəm Məmmədova ov tüfəngi ilə atəş açaraq ona ağır bədən xəsarətləri yetirib.


Yaralı xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.


Hadisədən sonra Xalid Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan bir ədəd müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb.
 

Kamal Məmmədov 

Tarix: 10 Yanvar 2025, 10:12   
Chosen
14
pravda.az

1Sources