Bu il yanvarın 3-də avstraliyalı-amerikalı aktyor, “Oskar” mükafatlı rejissor Mel Gibsonun 69 yaşı tamam olub.
Hafta.az olaraq “Tim”, “Dəli Maks” melodramı, eləcə də “Cəsur ürək” döyüş filmi ilə tanınan aktyorla bağlı maraqlı faktları təqdim edirik.
Bardakı davaya görə rejissorların diqqətini çəkib
Gənc ikən Mel Gibson aktyor dostu Stiv Bisli ilə Corc Millerin rejissoru olduğu döyüş filmi üçün dinləmələr keçirir. Bir gün əvvəl Gibson yerli barların birində dava edib, üzündə qançır və digər xəsarətlər qalıb. Meli diqqəti çəkən rejissor onun aktyor olduğuna şübhə etmir, xüsusən zahiri görünüşü təriflənib. Beləliklə, avstraliyalı gənc “Dəli Maks” filmində Maks Rokatanski rolunu alır.
Film əsl sensasiyaya çevrildi və məşhur franşizanın başlanğıcını qoydu. Gibson üçün bu rol onun kino sənayesində karyerasına başlamasına yol açır.
Üç qadından doqquz uşaq
Daha çox nəsil buraxmaq istəyi Gibsonda özünün böyük bir ailədə (11 uşaq) doğulub böyüdüyü üçün yaranıb. Mel ailənin altıncı övladı idi, valideynləri Hatton və Anne katolik ənənələrinə sadiq idilər, ailə münasibətlərini və nəsil məsələsini hər şeydən üstün tuturdular. Bu fikirlər Melin qurduğu ailəyə də təsir edib.
Onun aktyor Robin Murla 28 illik evliliyindən yeddi uşaq dünyaya gəlib. Ancaq uzun evliliyə və uşaqlarına baxmayaraq cütlük 2011-ci ildə boşanıb. Bu hadisə Gibson üçün əsl şok olub.
Daha sonra aktyor rusiyalı pianoçu Oksana Qriqoryeva ilə ailə qurub. 2009-cu ildə bu evlilikdən Lusiya adlı bir qızı dünyaya gəlib. Ancaq münasibətləri uzun sürməyib, cütlük müxtəlif mübahisələr və böyük bir məhkəmə işi ilə ayrılıb.
Bundan sonra Gibson özündən 34 yaş kiçik ssenarist və atçılıq üzrə keçmiş çempion Rozalind Rossla yaşamağa başlayıb. 2017-ci ildə 61 yaşlı aktyor doqquzuncu dəfə ata olub - onların ailəsində Lars Cerard adlı oğul övladı dünyaya gəlib.
Alkoqol asılılığı
Ulduzun alkoqol aludəliyi gənc yaşlarından başlayıb. Alkoqol Meli demək olar ki, bütün həyatı boyu müşayiət etdiyi üçün aktyor bir çox problemlərlə üzləşib. Xüsusilə, 2006-cı ildə Gibson sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün həbs olunub. O, həbsi zamanı polis haqqında pis fikirlər səsləndirib və bu, karyerasına mənfi təsir edib.
Gibson bir dəfə intihara cəhd edib. Alkoqoldan sui-istifadə nəticəsində yaranan depressiya zamanı özünü öldürmək fikrinə düşüb. Yaxın adamları ona kömək edirdi. Aktyorun sözlərinə görə, zaman keçdikcə spirtli içkilərə aludəçiliyə qalib gəlib və indi spirtli içkidən uzaqlaşır.
O bir çox roldan imtina edib
1980-ci illərdə layihəni tərk edən Rocer Mura Agent 007 rolu təklif olunub, lakin aktyor başqa bir franşiza ilə əlaqəli olmaq istəməyərək ondan imtina edib və bu rol sonda Timoti Daltona verilib.
Bundan əlavə, Gibson Ridley Skotun "Gladiator" filmində çəkilmək təklifini rədd edib və bu rol başqa bir avstraliyalı Rassel Krouya verilib.
Aktyorun şəxsi adası var
2005-ci ildə Mel Gibson Tokio korporasiyasından Fici arxipelaqındakı Manqo adasını 15 milyon dollara alıb. Aktyor Sakit Okeanın təmiz suları ilə əhatə olunmuş, təxminən 22 kvadrat kilometr ərazisi olan bu gözəl təbii adanı gələcəkdə turizm zonasına çevirməkdən və ya icarəyə verməkdən imtina edir. Gibson hər hansı kurort məkanını inkişaf etdirmək niyyətində deyil, əksinə adanın bütün gözəlliklərini qorumaq istəyir. O, yerli ekosistemin qayğısına qalır və adanı ilkin formada saxlamağa çalışır.