EN

Zurabişvili Gürcüstanın keçmiş prezidenti kimi xatırlanmamasını xahiş edib

Gürcüstanda prezidentlik müddəti dekabrın 29-da başa çatan Salome Zurabişvili keçmiş prezident kimi xatırlanmamasını xahiş edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə Hudson İnstitutunun forumunun açılışında bildirib.

O, özünü Gürcüstanın keçmiş prezidenti adlandıran institutun prezidenti Con Uolterin sözlərini şərh edib.

Özünü dövlətin yeganə qanuni başçısı kimi xarakterizə edən Zurabişvili “sizin çıxışınızda etməli olduğum kiçik, lakin böyük dəyişiklik odur ki, mən keçmiş prezident deyiləm” deyib.

Chosen
12
operativmm.az

1Sources