EN

Səudiyyə Ərəbistanı klubu Ziyeşlə danışıqlara başlayıb

“Qalatasaray”ın futbolçusu Hakim Ziyeş karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, bu barədə “Bladi” nəşri məlumat yayıb.

“Əl Fateh” klubu mərakeşli yarımmüdafiəçinin xidmətində maraqlıdır. Səudiyyə Ərəbistanı təmsilçisi Ziyeşin keçidi üçün danışıqlara başlayıb.

Mərakeş yığmasının üzvü olan futbolçu bu mövsüm 11 oyunda 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, "Qalatasaray"dan illik 5,5 milyon avrodan çox məvacib alan mərakeşli daha öncə mövsümün sonuna qədərki bütün pulunu aldıqdan sonra komandanı tərk edəcəyini bildimişdi.

“Zirə”dən əzmkar qələbə

Hakimlərimiz Türkiyədə daha üç oyun idarə edəcəklər

Sumqayıtda məhsuldar heç-heçə

Azərbaycan futbolunda legioner limiti ləğv olunmalıdır, ya yox? - SORĞU

"Yeni transfer real görünmür" - "Qarabağ"ın baş məşqçisi

Chosen
28
apasport.az

1Sources