EN

Çindən gələn yeni virus nə qədər təhlükəlidir?

Metapnevmovirusu yeni adlandırmaq mümkün deyil, çünki bu patogen həmişə kəskin respirator virus infeksiyalarına səbəb olan digər viruslar arasında mövcuddur...

 

Poliqon xəbər verir ki, bu barədə Parlamentskaya qazeta-ya Rusiya Elmlər Akademiyasının akademiki Vitali Zverev bildirib.

"Bəzi hesablamalara görə, bu virus bütün kəskin respirator virus infeksiyalarının 0,1%-ni, digərlərinə görə isə 1%-ni təşkil edir, lakin o, həmişə olub, var və olacaq", deyə ekspert qeyd edib.

Akademikin sözlərinə görə, metapnevmovirus ilk növbədə bir yaşa qədər uşaqlar üçün təhlükəlidir, çünki onlarda pnevmoniya ilə baş verə bilər. Xəstəlik xroniki xəstəliklərdən əziyyət çəkən yaşlı insanlar üçün də çətin olacaq. Zverev qeyd edib ki, yeni virusa qarşı simptomatik müalicədən başqa heç bir vasitə yoxdur.

Öz növbəsində, İvanovski Virusologiya İnstitutunun arbovirus şöbəsinin və biologiya və arbovirusların indikasiyası laboratoriyasının müdiri Aleksandr Butenko bildirib ki, yeni xəstəliyin təhlükəsi haqqında danışmağa və hətta düşünməyə dəyməz. Virusun dəqiq məlumatı və təsnifatı olmadığı üçün onun pandemiyaya çevrilib-çevirilməyəcəyi bilinmir.

COVID-19 pandemiyasından beş il sonra Çin bu dəfə insan metapnevmovirusu, HMPV səbəb olduğu xəstəliyin yeni epidemiyasını yaşayır. Zəifləmiş xəstələrdə xəstəliyin pnevmoniyaya çevrildiyi bildirilir. Çindən başqa, Qazaxıstanda artıq yoluxma halları qeydə alınıb, orada 30 hadisə aşkarlanıb.

Poliqon.info

Chosen
24
1
poliqon.info

2Sources