EN

Avropa İttifaqından xəbərdarlıq: "Rusiya hava məkanından uzaq durun"

Rusiyanın qərb hava məkanı mülki təyyarələr üçün ciddi risklər yaradır.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) xəbərdarlıq edib.
 
Agentlik xüsusilə qeyri-Avropa daşıyıcılarına bu bölgədən uzaq durmaları barədə çağırış edib.

EASA misal kimi ötən ay Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsini göstərib.
 
Rusiyanın Ukraynaya məxsus pilotsuz uçuş aparatlarına atəş açması nəticəsində vurulduğu iddia edilən təyyarədə 38 nəfər həyatını itirib. Bu faciəvi hadisə Rusiya hava məkanında mülki-hərbi koordinasiyadakı çatışmazlıqların təhlükəli ölçülərini ortaya qoyub.
 
Agentlik əməliyyatların bütün yüksəkliklərdə və uçuş səviyyələrində, xüsusən 60° Şərq uzunluğunun qərbində Rusiya hava məkanında həyata keçirilməməsini tövsiyə edib.

Avropa İttifaqının aviaşirkətləri Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar tətbiq etdiyi sanksiyalar çərçivəsində artıq Rusiya hava məkanından istifadə edə bilmir. 
 
Onu da xatırladaq ki, baş vermiş qəza ilə əlaqədar Rusiya lideri Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevdən üzr istəyib.
 
Mikayıl
Chosen
10
azxeber.com

1Sources