Bakı. Trend:
Yeni funksiya sayəsində müştərilər fərdiləşdirilmiştəkliflərdən birbaşa ”Azercell” tətbiqindən faydalanabiləcəklər.
Abunəçilərinə ən yaxşı rəqəmsal təcrübəni təqdim etməyihədəfləyən lider mobil operator “Azercell” tətbiqinin texnolojiimkanlarını genişləndirməyə davam edir. Abunəçilər üçün xüsusihazırlanan təkliflərlə artıq birbaşa tətbiqdən tanış olmaq və rahatşəkildə faydalanmaq mümkündür.
Bu yenilik Müştəri Dəyərinin İdarəedilməsi platformasının“Azercell” tətbiqi ilə inteqrasiyası nəticəsində ərsəyə gəlib. Beləki, abunəçilər özəl təklif və kampaniyalarla “Üstünlüklər”bölümündə tanış ola bilərlər. Burada həm tətbiq istifadəçilərinin,həm də abunəçilərin fərdi ehtiyaclarına uyğun hazırlanmış xüsusitəkliflər əks olunur. Sadələşdirilmiş aktivasiya isə onlardanyalnız SMS vasitəsilə deyil, həm də platforma üzərindən yararlanmaqimkanı verir.
Xatırladaq ki, “iOS” və “Android” sistemlərini dəstəkləyənmüştəri-yönümlü “Azercell” tətbiqini “AppStore”və ya “GooglePlay”dən yükləmək mümkündür.
Ətraflı məlumat üçün: https://www.azercell.com/az/