EN

Myanma ordusunun Arakana aviasiya zərbəsi nəticəsində 40 nəfər ölüb

Bakı, 10 yanvar, AZƏRTAC

Myanma Hərbi Hava Qüvvələrinin etnik üsyançı qruplaşmanın silahlıları tərəfindən ələ keçirilən Arakan şəhərinə endirdiyi aviazərbə nəticəsində azı 40 nəfər ölüb, 50 nəfər isə yaralanıb.

AZƏRTAC xəbər verir ki, “France-Presse” agentliyinin məlumatına görə, bombardmandan qaynaqlanan yanğın 500-dən çox yaşayış binasını məhv edib.

2024-cü ilin iyun ayından Rakhayn əyalətində hökumət qüvvələrinə qarşı hücuma başlayan buddistlərin hərbi qanadı olan “Arakan ordusu” sərhədyanı Maunqdo şəhərini ələ keçirib. Qruplaşma hazırda ştatın şimal hissəsinə və Myanmanın Banqladeşlə 271 kilometrlik sərhədinə tam nəzarət edir.

Rakhayn əyalətindəki döyüşlər və buddist üsyançılarının hücumları bölgədə yaşayan müsəlman azlığına da təhlükə yaradıb.

BMT-nin məlumatına görə, 2024-cü ildə Myanmadakı müharibə nəticəsində ölkədəki qaçqınların sayı 3,5 milyon nəfəri ötüb ki, bu da əvvəlki illə müqayisədə 1,5 milyon nəfər çoxdur.

Chosen
17
1
azertag.az

2Sources